Вернуться назад Распечатать

Türkiyədə mərc qalmaqalında 20 nəfər həbs edildi - Adlar - Fotolar

Türkiyədə mərc qalmaqalında 20 nəfər həbs edildi - Adlar - Fotolar
 
Türkiyə futbol dünyasında mərc ittihamları ilə bağlı aparılan genişmiqyaslı istintaq çərçivəsində aralarında hakim Zorbay Küçük, futbolçular Salih Malkoçoğlu və Tolqa Kalenderin də olduğu 19 şübhəli növbətçi məhkəmə tərəfindən məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.
 
“Qafqazinfo” xəbər verir ki, eyni iş üzrə “Fənərbaxça”dan Mert Hakan Yandaş, “Qalatasaray”dan Metehan Baltacı, “Adana Dəmirspor”un keçmiş prezidenti Murat Sancak və Alassane Ndao da daxil olmaqla, 20 nəfər həbs edilib.
 
İstintaq materiallarına əsasən, Mert Hakan Yandaşın “Fənərbaxça” matçları da daxil olmaqla, müxtəlif oyunlara mərc etdiyi, həmçinin, Ersen Dikmenə 4 milyon 453 min 62 lirə pul köçürdüyü müəyyən olunub.
 
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan araşdırmada bir sıra futbol hakimləri, oyunçular və klub rəsmilərinin də mərc fəaliyyətlərinə qarışdığı iddia olunur.
 
Prokurorluq ifadəsindən sonra Zorbay Küçük, Abdulsamet Burak, Cengiz Demir, Erhan Çelenk, İsmail Kalburcu, Salih Malkoçoğlu, Samet Karabatak, Tolga Kalender, Uğur Kaan Yıldız, Gamze Neli Kaya və digər şübhəlilər növbətçi məhkəmə tərəfindən “imza atmaq” kimi nəzarət tədbirləri ilə sərbəst buraxılıb.
 
Türkiyə mətbuatının məlumatına görə, istintaq zamanı aşağıdakı şəxslər həbs olunub:
 
Emrah Çelik
 
Yunus Emre Tekoğul
 
Metehan Baltacı
 
İzzet Furkan Malak
 
Bartu Kaya
 
Murat Sancak
 
Orkun Özdemir
 
Kadir Kaan Yurdakul
 
Faruk Can Genç
 
Alassane Ndao
 
Mert Hakan Yandaş
 
Ersen Dikmen
 
Kerem Yusuf Sirkeci
 
Emircan Çiçək
 
Ahmet Okatan
 
Gürhan Sünmez
 
Mehmet Emin Katipoğlu
 
Volkan Erten
 
Şahin Kaya
 
Ümit Kaya
 
İstanbul Baş Prokurorluğu idman şərhçisi Ahmet Çakar haqqında çıxarılan gözaltı qərarının səhhətindəki problemlər səbəbilə ləğv edildiyini açıqlayıb. O, hazırda müalicəsini davam etdirir və zəruri olduqda məhkəməyə gətiriləcək.