Вернуться назад Распечатать

“Qarabağ” “Dinamo”ya qarşı

“Qarabağ” “Dinamo”ya qarşı
 
Bu gün “Qarabağ” Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə ilk oyuna çıxacaq.
 
Polşanın Lublin şəhərindəki “Lublin Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
 
Matçı danimarkalı hakimlər briqadası idarə edəcək.
 
Bu komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda olacaq. Cütün qalibi pley-offda “Tvente” (Niderland) – DAC 1904 (Slovakiya) cütünün üstün tərəfi ilə qarşılaşacaq.
 
Konfrans Liqası, 3-cü təsnifat mərhələsi, ilk oyunlar
 
21:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Qarabağ” (Azərbaycan)
 
Hakimlər: Morten Kroq, Şteffen Bramsen, Viktor Skite, Yakob Karlsen (hamısı Danimarka).