Вернуться назад Распечатать

Millimiz növbəti matça çıxır

Millimiz növbəti matça çıxır
 
Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.
 
“Millimiz “FIFA Series-2026” beynəlxalq turnirindəki ikinci oyununda Syerra Leone yığması ilə qarşılaşacaq.
 
Bu görüş də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
 
Oyun saat 19:00-da başlayacaq.
 
Xatırladaq ki, Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz turnirdəki ilk matçında Sent Lüsiya yığmasına 6:1 hesabıyla qalib gəlib.
 
FIFA Series-2026
 
30 mart 19:00.
 
Azərbaycan – Syerra Leone
 
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.