Вернуться назад Распечатать

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələcək daha dörd komanda müəyyənləşir

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələcək daha dörd komanda müəyyənləşir
 
UEFA Çempionlar Liqasında 1/4 finala vəsiqə qazanacaq daha 4 komanda bu gün müəyyənləşəcək.
 
 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində daha 4 qarşılaşma baş tutacaq.
 
"Barselona" evdə "Nyukasl"la üz-üzə gələcəksə, "Qalatasaray" səfərdə "Liverpul"un qonağı olacaq.
 
"Bavariya" doğma meydanda "Atalanta", "Totenhem" isə "Atletiko ilə qarşılaşacaq.
 
UEFA Çempionlar Liqası
 
1/8 final, cavab oyunları
 
21:45. "Barselona" (İspaniya) - "Nyukasl" (İngiltərə)
 
İlk oyun - 1:1
 
00:00. "Liverpul" (İngiltərə) - "Qalatasaray" (Türkiyə)
 
İlk oyun - 0:1
 
00:00. "Bavariya" (Almaniya) - "Atalanta" (İtaliya)
 
İlk oyun - 6:1
 
00:00. "Tottenhem" (İngiltərə) - "Atletiko" (İspaniya)
 
İlk oyun - 2:5
 
Qeyd edək ki, ötən gün baş tutan matçlardan sonra PSJ (Fransa), "Real" (İspaniya), "Arsenal" (İngiltərə) və "Sportinq" (Portuqaliya) 1/4 finala vəsiqəni təmin ediblər.