Вернуться назад Распечатать

Mourinyo "Qarabağ"ı unuda bilmir

 
"Benfika"nın baş məşqçisi Joze Mourinyo "Real Madrid"lə oyundan əvvəl "Qarabağ"ı xatırlayıb.
 
Təcrübəli mütəxəssis Lissabon təmsilçisinin hazırda Çempionlar Liqasında istənilən vəziyyətdə olmamasını "Qarabağ"la oyunla əlaqələndirib:
 
"Hazırda bu vəziyyətdə olmağımızda bir neçə faktor var. Amma ən əsası ilk turda "Qarabağ"a məğlub olmağımızdır. O, oyunda qələbə qazanmalı idik. Əgər o görüşdə qalib gəlsəydik, indi 9 xalımız olardı və növbəti mərhələ üçün bizə cəmi 1 xal kifayət edərdi".
 
Qeyd edək ki, "Benfika"nın Ağdam təmsilçisinə məğlub olduğu matçdan sonra baş məşqçi Bruno Laji ilə yollar ayrılıb və onun əvəzinə Mourinyo gətirilib.
 
"Qartallar"ın hazırda 6 xalı var. Onlar bu gecə "Real Madrid"i məğlub etsə belə, digər oyunların nəticələrini gözləməli olacaqlar.  (offsideplus.az)