Вернуться назад Распечатать

Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı

Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
 
Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.
 
“ 1991-ci il təvəllüdlü Vüqar Bəkirov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
 
Hadisəni törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Oğuz rayon sakini Novruz Soltanov polis tərəfindən saxlanılıb.
 
Bildirilir ki, hadisədə iştirak edən şəxslər supermarket əməkdaşıdırlar.
 
Onların kafedə yeyib-içdikdən sonra mübahisə etdiyi və hadisənin də orada baş verməsi məlum olub.
 
Araşdırma aparılır.