Вернуться назад Распечатать

9 yaşlı qıza ögey anası zorakılıq etdi: DİN-dən reaksiya

9 yaşlı qıza ögey anası zorakılıq etdi: DİN-dən reaksiya
 
Daxili İşlər Nazirliyi Bakının Nizami rayonunda azyaşlının ögey anası tərəfindən zorakılığa məruz qalması faktı ilə bağlı araşdırmalara başlayıb.
 
Bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Lumu İsrəfilli məlumat verib.
 
Qeyd edək ki, sosial şəbəkədə Bakının Nizami rayonunda 9 yaşlı Ə. M. İlqar qızının ögey anası Ülkər tərəfindən zorakılığa məruz qalması ilə bağlı görüntülər yayılıb.