Вернуться назад Распечатать

Bakıda ov tüfəngindən atəş açıldı - Yaralanan var

Bakıda ov tüfəngindən atəş açıldı - Yaralanan var
 
Bakının Suraxanı rayonunda ov silahı ilə insident törədilib.
 
"Lent.az" xəbər verir ki, hadisə avqustun 20-si saat 22 radələrində Yeni Suraxanı qəsəbəsində qeydə alınıb.
 
44 yaşlı Ceyhun Aşrafov münaqişə zəminində ov tüfəngindən atəş açaraq 43 yaşlı Taleh adlı şəxsə xəsarət yetirib. O xəstəxanaya çatdırılıb.
 
Hadisəni törətməkdə şübhəli bilinən C. Aşrafov polis əməkdaşları tərəfindən saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.