Вернуться назад Распечатать

Mikroavtobus “KamAZ”a çırpıldı - Xəsarət alanlar var

Mikroavtobus “KamAZ”a çırpıldı - Xəsarət alanlar var
 
Hacıqabulda 5 nəfərin xəsarət alması ilə nəticələnən qəza olub.
 
APA xəbər verir ki, hadisə Bakı-Qazax magistralının 108-ci kilometrliyində, Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Belə ki, “Mercedes Vito” markalı mikroavtobus arxadan “KamAZ” markalı yük avtomobilinə çırpılıb.
 
Nəticədə mikroavtobusda olan 5 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.