Вернуться назад Распечатать

Bölgələrdə yanğın törədən 3 nəfər məsuliyyətə cəlb olundu

Bölgələrdə yanğın törədən 3 nəfər məsuliyyətə cəlb olundu
 
Qəbələ rayonunun Hacallı kəndi, Ağcabədi rayonunun Aşağı Qiyaməddinli kəndi və Ağsu şəhəri ərazisində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.
 
DİN-in Mətbuat Xidmətindən  bildirilib ki, araşdırmalarla yanğının E.Məhyəddinov, İ.Zeynalov və E.Musayev tərəfindən törədildiyi məlum olub.
 
Yanğın hadisələri nəticəsində biçilmiş əkin sahəsi və kol-kos yanıb.
 
Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.