Вернуться назад Распечатать

Dairəvi yolda yük maşını aşdı - Tıxac yarandı

Dairəvi yolda yük maşını aşdı - Tıxac yarandı
 
Paytaxtın Qaradağ rayonu, Kənar Dairəvi yolda qəza baş verib.
 
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi xəbər verir ki, hadisə səbəbindən Bakı-Sumqayıt şosesi istiqamətində nəqliyyat sıxlığı yaranıb.
 
Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.