Вернуться назад Распечатать

Qubada yol qəzası: 5 nəfər yaralandı

Qubada yol qəzası: 5 nəfər yaralandı
 
Qubada zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
 
"Hadisə rayonun Pirvahid kəndi ərazisində qeydə alınıb. 
 
"Shacman" markalı yük avtomobili "Kia" və "Toyota Prius" markalı minik avtomobilləri ilə toqquşub.
 
Qəzada xəsarət alan 5 nəfər Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.