Вернуться назад Распечатать

Metroda həyəcanlı anlar - sərnişinlər təcili çıxarıldı

Metroda həyəcanlı anlar - sərnişinlər təcili çıxarıldı
 
Ötən gecə Bakı metrosunun "Azadlıq Prospekti" stansiyasında problem yaşanıb.
 
Bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.
 
İddialara görə, saat 23:48-də stansiyanın platformasında olan sərnişinlər ərazidən çıxarılıblar.
 
Oxu.Az-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiqləyib.
 
"İyulun 29-da saat 23:55-də Bakı metropolitenini qidalandıran yüksəkgərginlikli elektrik kabel xəttində baş vermiş qısaqapanma səbəbindən "yaşıl xətt"in "Memar Əcəmi" - "Dərnəgül" sahəsində qatarların hərəkətində qısamüddətli fasilə yaranıb.
 
Operativ görülmüş tədbirlər nəticəsində alternativ elektrik mənbələrindən istifadə olunaraq qatarların hərəkəti qısa müddətdə bərpa edilib və Bakı metropoliteni normal iş rejimində fəaliyyətini davam etdirib", - deyə B. Məmmədov bildirib.