Вернуться назад Распечатать

Maaş və pensiya kartı olanların nəzərinə - Mərkəzi Bankın sədri açıqladı

Maaş və pensiya kartı olanların nəzərinə - Mərkəzi Bankın sədri açıqladı
 
Azərbaycan Mərkəzi Bankı maaş və pensiya kartları bazarında rəqabətin artırılması istiqamətində yeni mexanizmlər hazırlayır.
 
Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Azərbaycan Dövlət Televiziyasına və APA-ya müsahibəsində deyib.
 
Onun sözlərinə görə, sentyabr-oktyabr aylarında maaş və pensiya kartları üzrə yeni yanaşmalar tətbiq ediləcək.
 
"Hazırda texniki işlər görülür. Bu da rəqabətliliyin artırılmasına əminəm ki, təkan verəcək", - Mərkəzi Bankın sədri əlavə edib.