Вернуться назад Распечатать

Binəqədidə obyekt yanır

Binəqədidə obyekt yanır
 
Bakının Binəqədi rayonu, Binəqədi-Novxanı-Mehdiabad yolunda yerləşən obyektdə yanğın baş verib.
 
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
 
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
 
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.