Вернуться назад Распечатать

Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı

Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
 
2026-cı ilin yanvar-iyun ayları ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 84,8 mln. manat vəsait ödənilib.
 
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
 
Beləliklə, ötən ilin analoji dövrü ilə müqayisədə 4,7 mln. manat və ya 5,8% çox vəsait xərclənib.