Çobanzadə küçəsində yol çökdü, böyük çuxur yarandı - Video
İntensiv yağışlar Bakının küçə və prospektlərində problemlər yaratmaqda davam edir.
Nizami rayonu Bəkir Çobanzadə küçəsində - “Saphire” şadlıq evinin qarşısında yolun hərəkət hissəsində böyük çuxur yaranıb. Bu səbəbdən həmin ərazi lentlə əhatəyə alınıb.
İctimai TV-yə istinadən yoldakı vəziyyətin videosunu təqdim edirik: