Вернуться назад Распечатать

Bakıda ər-arvad bıçaqlandı - 18 yaşlı övladları tutuldu

Bakıda ər-arvad bıçaqlandı - 18 yaşlı övladları tutuldu
 
Bu gün səhər saatlarında paytaxtın Binəqədi rayonunda ər və arvadı bıçaqlanıb.
 
 Oxu.az xəbər verir ki, Biləcəri qəsbəsində yerləşən mənzildə 1971-ci il təvəllüdlü kişiyə və 1978-ci il təvəllüdlü həyat yoldaşına bıçaqla xəsarət yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən, xəsarət alan şəxslərin 2008-ci il təvəllüdlü oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisənin ailədaxili münaqişə zəminində törədildiyi bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.