Вернуться назад Распечатать

Qubadada ər arvadını öldürüb intihar etdi

Qubadada ər arvadını öldürüb intihar etdi
 
Martın 18-də Quba rayonunun Zizik kəndində ağır cinayət hadisəsi qeydə alınıb.
 
 APA xəbər verir ki, 1966-cı il təvəllüdlü Ağasiyev Ceyhun İsmayıl oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1970-ci il təvəllüdlü Ağasiyeva Gülgəz Rahib qızını qətlə yetirib.
 
Hadisədən qısa müddət sonra Ceyhun Ağasiyevin həyatına son qoyduğu aşkar edilib.
 
Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır, hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır.