Вернуться назад Распечатать

Bakıda davam edən güclü külək hansı fəsadlara yol açıb?

 
İki gün ərzində Bakı şəhərində davam edən şiddətli külək nəticəsində ümumilikdə 78 ağac sınıb.
 
Bu barədə  Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.
 
Bildirilib ki, eyni zamanda 40 ağacın budaqlarının qırılması qeydə alınıb.
 
Birliyin növbətçi briqadaları sınan ağaclar və qırılan budaqları götürərək ərazini təmizləyiblər.