Вернуться назад Распечатать

Yol bağlandığı üçün avtomobildə doğulan körpə öldü - Yenilənib

Yol bağlandığı üçün avtomobildə doğulan körpə öldü - Yenilənib
 
Xaçmazda körpə avtomobildə doğuş zamanı ölüb.
 
“Report” xəbər verir ki, rayon sakini 1985-ci il təvəllüdlü X.A. doğum üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılarkən ərazidən keçən dəmir yolu xətti təmirə bağlandığına görə avtomobildə qalaraq xəstəxanaya çata bilməyib.
 
Nəticədə doğuş “VAZ-21010” markalı nəqliyyat vasitəsində baş tutub. Ancaq bütün səylərə baxmayaraq, yeni doğulan körpənin həyatını xilas etmək mümkün olmayıb.
 
X.A. isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
.
 
Faktla bağlı araşdırma aparılır.
 
***
 
TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 11:00 radələrində 1985-ci il təvəllüdlü (qadın) Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
 
Ona vaxtından əvvəl doğuş diaqnozu təyin edilib.
 
Hazırda pasientin müalicəsi tibb müəssisəsinin Ginekologiya və doğum şöbəsində davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir.