Вернуться назад Распечатать

Trampın sərvəti 7 milyard dollara çatdı

Trampın sərvəti 7 milyard dollara çatdı
 
ABŞ prezidenti Donald Trampın xalis sərvəti 7 milyard dollara çatıb.
 
 Fobes jurnalına istinadən xəbər verir ki, bu, 2024-cü il seçkilərindən əvvəlki məbləğdən 2,7 milyard dollar çoxdur:
 
"Sentyabr ayında yenilənən son hesablamalarımıza görə, Trampın xalis sərvəti 7 milyard dollardır. Prezident 2024-cü il seçkilərində qalib gəldiyi vaxtdan təxminən 2,7 milyard dollar daha varlıdır".
 
Məlumata görə, Amerika lideri xarici şirkətlərlə və kriptovalyuta ilə sövdələşmələr vasitəsilə xeyli məbləğ qazana bilib. Jurnalın qeyd etdiyi kimi, "Amerika tarixində heç kim siyasətdən bu qədər çox qazanmayıb".
 
Bundan əvvəl CNBC Trampın İrana qarşı hərbi əməliyyatın başlamasından bəri Chevron, ConocoPhillips, Exxon Mobil, Kinder Morgan, Marathon Petroleum, Occidental Petroleum, Phillips 66, Valero Energy və Williams Companies neft və qaz şirkətlərinə yatırdığı investisiyaların dəyərinin milyonlarla dollar artdığını bildirmişdi.
 
İyul ayında The Washington Post qəzeti Trampın 2025-ci ildə əldə etdiyi xalis sərvətinin Amerika liderləri üçün görünməmiş olduğunu yazmışdı. Daha sonra CNBC-yə verdiyi müsahibədə siyasətçi sərvətinin artımının ABŞ prezidenti vəzifəsi ilə bağlı olduğunu inkar edib. Prezidentin sözlərinə görə, hazırda onun biznesini övladları idarə edirlər.