Rusiya Ermənistana təbii qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
Bu barədə "Qazprom Armenia" QSC məlumat yayıb.
"Rusiya Federasiyasında Şimali Qafqaz-Zaqafqaziya magistral qaz kəmərində aparılan kompleks planlı təmir və texniki xidmət işləri ilə əlaqədar olaraq, bu kəmər vasitəsilə Ermənistana təbii qazın tədarükü sentyabrın 15-dən 25-dək müvəqqəti olaraq dayandırılacaq", - məlumatda deyilir.
Verilən mıəlumata görə, göstərilən müddət ərzində daxili ehtiyatlar və İrandan tədarük edilən əlavə təbii qaz həcmləri hesabına respublika istehlakçılarına məhdudiyyət qoyulmadan fasiləsiz və etibarlı qaz təchizatı təmin ediləcək.