Вернуться назад Распечатать

Ərdoğandan Trampa F-35 mesajı: “Verdiyin sözü yerinə yetir”

Ərdoğandan Trampa F-35 mesajı: “Verdiyin sözü yerinə yetir”
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan F-35 qırıcılarının tədarükü məsələsində ABŞ Prezidenti Donald Trampdan gözləntilərini açıqlayıb.
 
 Ərdoğan “Əl-Cəzirə” telekanalına müsahibəsində Trampın Türkiyəyə F-35 qırıcılarının tədarükünün bərpası ilə bağlı söz verdiyini və Ankaranın bu vədin yerinə yetirilməsini gözlədiyini bildirib.
 
Türkiyə lideri F-35 məsələsinin iki ölkə arasındakı münasibətlər baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
 
Türkiyə 2019-cu ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması səbəbindən F-35 proqramından çıxarılmışdı. Ankara isə bu qərara etiraz edərək proqram çərçivəsində ödədiyi vəsait və Türkiyə üçün nəzərdə tutulan təyyarələrlə bağlı məsələnin həllini tələb edir.