Вернуться назад Распечатать

SON DƏQİQƏ: İraqa DƏHŞƏTLİ HÜCUM – Kərbəlada zəvvar düşərgələri vuruldu

SON DƏQİQƏ: İraqa DƏHŞƏTLİ HÜCUM – Kərbəlada zəvvar düşərgələri vuruldu
 
İraqdakı yerli mənbələrin verdiyi məlumata görə, ölkənin Kərbəla və Neynəva vilayətlərində yerləşən "Həşdi-Şəbi" (Xalq Səfərbərlik Qüvvələri) bazaları hava hücumlarına məruz qalıb.
 
Bu barədə SEPAH-ın rəsmi telegram kanalı məlumat yayıb.
 
Mənbələr bu əməliyyatların ABŞ və Səudiyyə Ərəbistanı qüvvələri tərəfindən həyata keçirildiyini bildirir.
 
Hücumlar nəticəsində ciddi dağıntıların olduğu vurğulanır.
 
Bildirilir ki, Kərbəla vilayətində təkcə hərbi obyektlər deyil, həm də Ərbəin ziyarəti ilə əlaqədar zəvvarlar üçün təşkil olunmuş düşərgələr və xidmət məntəqələri hədəf alınıb.
 
Məlumata görə, hücumlar nəticəsində mülki infrastruktura zərər dəyib, xəsarət alanlar və itkilər barədə məlumatlar dəqiqləşdirilir.