Вернуться назад Распечатать

Rusiya onların ölkəyə girişinə qadağa qoydu

Rusiya onların ölkəyə girişinə qadağa qoydu
 
Rusiya 30 nəfər Yaponya vətəndaşının, o cümlədən Yaponiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Toşihiro Kitamuranın ölkəyə girişinə qadağa qoyub.
 
"Bu barədə Rusiya XİN-in bəyanatında deyilir.
 
“Tokionun ölkəmizə qarşı davam edən sanksiya addımlarına cavab olaraq, bəzi Yaponya vətəndaşlarının Rusiya Federasiyasına girişinə müddətsiz qadağa qoyulması qərara alınıb,” – deyə açıqlamada qeyd olunur.