Вернуться назад Распечатать

Türkiyədən Paşinyanın Qars-Axalkalaki paylaşımına dəstək – bölgə üçün mühüm mərhələ

Türkiyədən Paşinyanın Qars-Axalkalaki paylaşımına dəstək – bölgə üçün mühüm mərhələ
 
Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç Nikol Paşinyanın Qars–Axalkalaki dəmir yolu ilə bağlı paylaşımına münasibət bildirib.
 
Sərdar Kılıç bunun normallaşma prosesi çərçivəsində birbaşa ticarət üçün yeni addım olduğunu deyib.
 
Türkiyəli diplomat qeyd edib ki, təşəbbüs Türkiyə, Ermənistan, Azərbaycan və Gürcüstan arasında dördtərəfli əməkdaşlığa da töhfə verəcək.
 
Onun sözlərinə görə, layihə regionda sülh və sabitliyə ciddi töhfə verə bilər və iştirak edən bütün ölkələr üçün faydalı olacaq.