Вернуться назад Распечатать

MKİ: İranın ballistik raketlərinin 70%-i hələ də qalıb

MKİ: İranın ballistik raketlərinin 70%-i hələ də qalıb
 
Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ABŞ-ın hava zərbələrindən sonra İranın müharibədən əvvəlki ballistik raket arsenalının təxminən 70%-ni saxladığı qənaətindədir.
 
Bu barədə “The Washington Post“ (WP) mənbələrə istinadən məlumat yayıb.
 
Kəşfiyyat məlumatlarının nəticələri ilə tanış olan bir ABŞ rəsmisinə görə, İran müharibədən əvvəlki mobil buraxılış qurğularının təxminən 75%-ni və raket arsenalının təxminən 70%-ni saxlayıb.
 
Məlumata görə, hərbi əməliyyatlar başlamazdan əvvəl İranın arsenalında təxminən 2500 ballistik raket, eləcə də bir neçə min kamikaze dron olub.