Вернуться назад Распечатать

ABŞ-nin dövlət borcu 38 trilyon dolları keçdi

ABŞ-nin dövlət borcu 38 trilyon dolları keçdi
 
ABŞ-nin ümumi dövlət borcu yenidən rekord həddə çatıb.
 
“Bununla bağlı ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, 2 avqust tarixində 37 trilyon dollara çatmış dövlət borcu 82 gün ərzində daha 1 trilyon dollar artıb.
 
Belə ki, 22 oktyabr tarixinə olan ümumi borc 38 trilyon dolları keçib.
 
Qeyd olunub ki, bu məbləğ ABŞ-də adambaşına 111 min dollar borc düşdüyü mənasına gəlir.