Вернуться назад Распечатать

Mamdani anti-Azərbaycan paylaşımına PEŞMAN edildi – Yeni HƏRƏKAT

Mamdani anti-Azərbaycan paylaşımına PEŞMAN edildi – Yeni HƏRƏKAT
 
Nyu-York şəhərinin meri Zöhran Kvame Məmdaninin Azərbaycan əleyhinə məlum təxribatına cavab olaraq, Azərbaycan-ABŞ Gənclər Federasiyası hərəkətə keçib.
 
Qurum dünya ictimaiyyətini obyektiv şəkildə məlumatlandırmaq və beynəlxalq təşkilatların bu məsələyə qərəzsiz yanaşmasını təmin etmək üçün petisiyaya qərar verib (Petisiya – ali hakimiyyət orqanlarına, dövlət qurumlarına və ya rəhbərliyə ünvanlanan kollektiv xahiş, şikayət, etiraz və ya tələb məktubudur. Adətən çoxlu sayda imza toplanaraq rəsmi müraciət forması kimi istifadə olunur).
 
Sənəddə qeyd olunur ki, ABŞ-ın Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini dəstəklədiyi və münasibətlərin normallaşdırılması istiqamətində mühüm addımlar atıldığı bir vaxtda bu cür qərəzli yanaşmalar narahatlıq doğurur. Həmçinin, 2 oktyabr 2023-cü ildə Qarabağa göndərilən BMT missiyasının qiymətləndirməsi yada salınır. Həmin qiymətləndirməyə əsasən, mülki əhaliyə qarşı heç bir zorakılıq müşahidə edilməyib və bu ərazilərdə mülki infrastruktura heç bir ziyan dəyməyib.
 
 
 
Petisiyada 44 günlük müharibə zamanı Gəncə, Bərdə və Tərtər də daxil olmaqla, Azərbaycan şəhərlərinin atəşə tutulması, eləcə də 1992-ci il Xocalı faciəsi xüsusi qeyd olunur. Merdən habelə BMT-nin Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüquqa əsaslanan obyektiv mövqe tələb olunur. Petisiya ona qoşulmaq üçün açıqdır.
 
Xatırladaq ki, Azərbaycan XİN-i Nyu-York merindən öz təxribatçı paylaşımını silməyi tələb eləmişdi.
 
Bəs nə qədər imza toplanmalıdır ki, petisiyanın real təsiri olsun?
 
Deputat Elşad Musayev bildirib ki, petisiya üçün minimum 100 min imza olmalıdır. Onun sözlərinə görə, qısa müddətdə buna nail olmaq mümkündür. Millət vəkili hesab edir ki, Nyu-York meri həddi aşıb və lazımı cavabını almalıdır: "Azərbaycan ərazilərinin 30 il işğal altında qalması faktını heç zaman dilə gətirməyənlər indi bir ovuc erməninin bölgədən könüllü gedişinə görə həşir qoparırlar. Bu, ədalətsizliyin və qərəzin nümunəsidir. Çünki 1 milyon azərbaycanlının yuvasından didərgin düşməsini, etnik təmizləməyə məruz qalmasını görməzdən gələnlər separatçılara qahmar çıxırlar. Bəli, Qarabağdan gedən ermənilərin içində separatizmə xidmət etmiş xeyli adam var. İndi Mamdani kimilər onlara görə göz yaşı tökür. Ona görə də səsimizi ucaltmalı, bütün beynəlxalq dairələrə çatdırmalıyıq. Dünya ictimaiyyəti görməlidir ki, Nyu-York kimi şəhərin meri hansı xislətə malikdir. Ona görə də petisiyanın başladılması doğru qərardır və təsiredici gücə malikdir".
 
E. Musayevin qənaətinə görə, yüzminlərlə insan bu petisiyaya imza atacaq: "Təəssüflər olsun ki, müharibədən sonra Azərbaycana qarşı haqsızlığa yol verilir. Biz bunu təkcə merin timsalında görmürük. Avropa Şurası, Avropa Parlamenti, ayrı-ayrı konqresmenlər, müxtəlif beynəlxalq təşkilatlar, Niderland, Belçika kimi ölkələrin parlamentləri qətnamələr qəbul edir, bizi etnik təmizləmədə günahlandırırlar. Təbii ki, bu, böyük bir kampaniyadır və Mamdani də prosesin bir hissəsidir. Həmin çirkin kampaniya erməni lobbisi, Fransa və digər anti-Azərbaycan güc mərkəzləri həyata keçirir. Odur ki, bu yalan təbliğatın qarşısında geri çəkilmək olmaz".