ABŞ və İran nümayəndələri arasında cümə günü Pakistanın paytaxtı İslamabadda başlaması gözlənilən danışıqlar birbaşa olacaq.
Bu barədə İranın dövlət televiziyası məlumat verib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp İranla iki həftəlik bombardmanı dayandırmağı Pakistanın Baş naziri Şəhbaz Şərif və Pakistan Ordusunun Qərargah rəisi Asim Munirlə danışıqlardan sonra verildiyini bildirilib.
Danışıqlarda 10 maddəlik atəşkəs və sülh planı müzakirə olunacaq.
İranın xarici işlər naziri Abbas Əraqçi öz növbəsində X səhifəsində ABŞ-nin razılaşdığı 10 bənddən ibarət siyahı dərc edib.
10 bəndlik tələblər aşağıdakılardır:
təcavüzdən imtina;
İranın Hörmüz boğazı üzərində nəzarətini qorumaq;
uranın zənginləşdirilməsinə razılıq;
bütün əsas sanksiyaların ləğvi; bütün ikinci dərəcəli sanksiyaların ləğvi;
BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrinin ləğvi;
MAQATE İdarə Heyətinin bütün qətnamələrinin ləğvi;
İrana kompensasiya ödənilməsi;
Amerika qoşunlarının bölgədən çıxarılması;
Livanda Hizbullaha qarşı müharibə də daxil olmaqla, bütün cəbhələrdə müharibəyə son qoymaq.
“Pars Today”in yazdığına görə, Tramp Tehranın 10 maddəlik sülh şərtini qəbul edib.