Fevralın 28-dən bu yana İrana qarşı hərbi əməliyyatlar zamanı 370-dən çox ABŞ hərbçisi yaralanıb.
“Bu barədə “CBS News” ABŞ Mərkəzi Komandanlığının nümayəndəsinə istinadən məlumat yayıb.
Telekanalın həmsöhbəti onlardan təxminən 330 nəfərinin artıq xidməti vəzifələrinin icrasına qayıtdığını, 5 nəfərin isə ağır yaralı olduğunu bildirib.
Qeyd edək ki, Pentaqonun aprelin 4-ü açıqladığı ən son məlumatlara görə, İrana qarşı “Epik qəzəb” əməliyyatının başlamasından indiyədək 13 ABŞ hərbçisi həlak olub. Həyatını itirən hərbçilərdən 6-sı quru qoşunlarında, 7-si isə hərbi hava qüvvələrində xidmət edib.