Вернуться назад Распечатать

“Maduronu devirmək üçün müharibəyə hazırlaşır”

“Maduronu devirmək üçün müharibəyə hazırlaşır”
 
“ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronu devirmək üçün müharibəyə başlamaq istəyir”​. 
 
Bu iddia ilə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Rəşidə Tlaib çıxış edib.
 
“Heç kim Venesuelada hakimiyyəti dəyişmək məqsədilə müharibə planlaşdıran Prezident Tramp kimi səlahiyyətlərə malik olmamalıdır”, - o bildirib.
 
Qeyd edək ki, Tramp administrasiyası Maduronu “Günəş Karteli” və “Tren-de-Araqua” kimi iki böyük mütəşəkkil cinayətkar qruplaşmanın faktiki rəhbəri kimi qəbul edir. Bu qruplaşmalar ABŞ-də narkotiklərin qaçaqmalçılığı və zorakılıqla məşğul olmaqda ittiham olunurlar.