Вернуться назад Распечатать

İrəvanla Tehran strateji əməkdaşlıq sənədi imzalayacaq

İrəvanla Tehran strateji əməkdaşlıq sənədi imzalayacaq
 
Baş nazir Nikol Paşinyanın  Tehrana baş tutacaq səfəri çərçivəsində  Ermənistan-İran strateji əməkdaşlıq sənədi imzalanacaq.
 
Bunu İranın Ermənistandakı səfiri Xəlil Şirqolami  deyib.
İki ölkə arasında əlaqələrin dinamik inkişafına toxunan səfir deyib ki, ötən bir ildə İran Prezidentinin İrəvana səfəri zamanı 12 əməkdaşlıq sənədi imzalanıb və əlaqələr gələcəkdə də inkişaf etdiriləcək. 
 
Əlaqələrin strateji  tərəfdaşlıq səviyyəsində oludğunu deyən səfir əlavə edib ki, İranla Ermənistan  arasında strateji əməkdaşlıq haqqında hərtərəfli sənəd hazırlanıb: “Ümid edirik ki, bu sənəd 2026-cı ildə Ermənistan Baş naziri Paşinyanın Tehrana səfəri zamanı imzalanacaq”.