Вернуться назад Распечатать

Bu gərginlik də tez bir zamanda həllini tapacaq - Tramp

Bu gərginlik də tez bir zamanda həllini tapacaq - Tramp
 
ABŞ Prezidenti Donald Tramp Pakistan və Əfqanıstan arasındakı gərginliyin tez bir zamanda həllini təmin edəcəyini bildirib.
 
"O, bu barədə Malayziyanın paytaxtı Kuala Lumpurda Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) 47-ci sammitində bildirib.
 
Sammitdə iştirak edən Tramp iki ölkə arasındakı əlaqələrə dair qiymətləndirmələr edərək bunları söyləyib:
 
"Mən eşitdim ki, Pakistan və Əfqanıstan arasında danışıqlar başlayıb. Mən bunun çox tez həll olunacağına əminəm".
 
O, ölkə liderlərini "gözəl insanlar" adlandırıb.
 
Xatırladaq ki, oktyabrın 15-də Pakistan və Əfqanıstan arasında baş verən sərhəd toqquşmalarından sonra elan edilən 48 saatlıq atəşkəs Türkiyə və Qətərin dəstəyi ilə uzadılmışdı.