Вернуться назад Распечатать

Türkiyə XİN rəhbəri: Ermənistanı sülhə məcbur edən ABŞ ilə bizim bölgədəki hədəflərimiz üst-üstə düşür

Türkiyə XİN rəhbəri: Ermənistanı sülhə məcbur edən ABŞ ilə bizim bölgədəki hədəflərimiz üst-üstə düşür
 
“Ermənistanı sülhə məcbur edən ABŞ ilə bizim bölgədəki hədəflərimiz üst-üstə düşür”.
 
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
 
O, Amerika Birləşmiş Ştatları ilə Türkiyənin xüsusilə Cənubi Qafqazla bağlı bir çox hədəfinin üst-üstə düşdüyünü bildirib.
 
Nazir həmçinin vurğulayıb ki, Rusiya, Azərbaycan, Ermənistan, Suriya və digər bölgələrdə eyni prosesin baş verdiyi müşahidə olunur.