Вернуться назад Распечатать

Starmerlə Tramp anlaşdı: Rusiya burada durdurulmalıdır

 
Böyük Britaniyanın baş naziri Kir Starmer ABŞ prezidenti Donald Trampla telefonla danışıb.
 
Danışıq zamanı Avro-Atlantik təhlükəsizliyi və Şimal qütbündə Rusiyanın qarşısını almaq ehtiyacı müzakirə olunub:
 
"Liderlər Avro-Atlantik təhlükəsizliyini müzakirə ediblər və Rusiyanın Şimalda qarşısını almaq zərurəti barədə razılığa gəliblər".
 
Açıqlamaya görə, Avropa müttəfiqləri son aylarda "Avro-Atlantik maraqlarını müdafiə etmək" səylərini artırıblar, lakin Starmer "daha çox iş görülə bilər" deyib.